Oktyabrın 3-də Moskvanın mərkəzində 41 yaşlı kişi "Mercedes-Benz” markalı avtomobilindəki qaz balonunu partladacağını bildirib.
7News.Az xəbər verir ki, bununla bağlı "Pyatıy kanal” məlumat yayıb.
Kanalın məlumatına əsasən, sürücü işıqforun qırmızı işığından keçmək istəyərkən saxlanılıb. Bundan sonra o, özünü qeyri-adekvat aparıb və partlayışla təhdid edib.
Hüquq-mühafizə orqanları sürücünün kimliyini bildirib. O, Primorya sakini Dmitri Şalay olub.
"Mash” "Teleqram” kanalının məlumatına görə, Şalay Rosqvardiyanın rəhbəri, general Viktor Zolotovla şəxsən görüşmək istəyib.
7News.Az








