RU
Kreml: Moldova MDB sammitlərində iştirak etməməyə üstünlük verir
19:10
241

Kreml: Moldova MDB sammitlərində iştirak etməməyə üstünlük verir

Moldova MDB çərçivəsində bir sıra sazişlərdən çıxmamağa üstünlük verir, Prezident Maya Sandu Birliyin sammitlərində iştirak etmir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Sandunun MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitinə gəlib-gəlməyəcəyi ilə bağlı sualına cavabında deyib.
"Sandu özü bu yaxınlarda bu mövzuda danışdı ki, praqmatik mülahizələrə əsaslanaraq, Moldova MDB çərçivəsində bir sıra sazişlərdən çıxmamağa üstünlük verir. Sandu özü isə, bildiyiniz kimi, MDB sammitlərində iştirak etmir", deyə Peskov vurğulayıb.

Qeyd edək ki, yeni il qabağı Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi sammiti keçiriləcək.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ