Kremlin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın etiraz aksiyaları ilə bağlı Rusiyadan kömək tələb etməsi məsələsinə münasibət bildirib.
7NEWS.Az-ın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, Kremlin sözçüsü bu barədə ona ünvanlanmış suala mənfi cavab verib.
"Xeyr. Biz əminik ki, qazaxıstanlı dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər”, - D. Peskov vurğulayıb.
7NEWS.Az








