RU
Kreml Qazaxıstanın Rusiyadan gedən xarici şirkətləri cəlb etmək qərarında heç bir risk görmür
19:30
214

Kreml Qazaxıstanın Rusiyadan gedən xarici şirkətləri cəlb etmək qərarında heç bir risk görmür

Kreml Qazaxıstanda Rusiya bazarını tərk etmiş xarici şirkətlərin relokasiyası üçün şərait yaradılmasında hər hansı risk görmür.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov Qazaxıstan xarici şirkətləri cəlb etmək istəyini "tamamilə təbii” adlandırıb.

O, bir çox şirkətlərin Rusiyada təzyiqlər səbəbi ilə fəaliyyətini dayandırmalı olduğunu xatırladıb.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanı tərk edən şirkətləri ölkəsinə cəlb etmək üçün göstəriş verib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ