RU
Kreml: Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə məlumat yoxdur
16:20
267

Kreml: Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə məlumat yoxdur

Taxıl daşıyan Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə Kremlin məlumatı yoxdur.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Təəssüf ki, Kremldə bu məlumat yoxdur. Düşünürəm ki, Nəqliyyat Nazirliyinə və ya Xarici İşlər Nazirliyinə müraciət etmək məqsədəuyğundur, çünki Türkiyə tərəfi, şübhəsiz ki, gəmi saxlanıldığı təqdirdə, əgər belə bir şey olubsa, səfirliyimizə və baş konsulluğumuza məlumat verməlidir", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dünən Reuters Türkiyə tərəfinin Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladığı barədə məlumat yayıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ