RU
Kreml:
18:50
568

Kreml: "Rusiya və Çin liderlərinin görüşü fövqəladə dərəcədə vacibdir"

"Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpin arasında videoformatda keçiriləcək sammit son dərəcədə vacibdir”.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Rusiya və Çin beynəlxalq problemlər üzrə müttəfiqdir: "Görüşdə NATO və ABŞ-ın təcavüzkar ritorikası fonunda beynəlxalq məsələlər, habelə energetika sahəsinə dair problemlərin müzakirə olunacağı gözlənilir”.

Qeyd edək ki, V.Putinlə S.Szinpinin onlayın görüşü dekabrın 15-də keçiriləcək.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ