Rusiya prezidentinin rəsmi iş yeri olan Kreml sarayının hava sahəsində naməlum helikopterlər peydə olub.
Uçuşa icazə verilməyən hava sahəsində sirli şəkildə peydə olan helikopterlər şəhər sakinlərini təəccüb içində qoyub. Helikopterlərdən kəndirlə sallanan silahlı şəxslər hər kəsi təşvişə salıb.
Prezidentin təhlükəsizliyindən cavabdeh olan federal xidmət isə helikopterin əvvəlcədən planlaşdırılmış təlim məqsədilə uçduğunu açıqlayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov da mətbuat konfransında məsələyə münasibətini bildirib. Sözçü federal xidmətin verdiyi məlumatı təsdiq edib./publika
7News.Az








