"Yeni Osmanlı İmperiyası, belə bir şey yoxdur, mən sizinlə razı olmayacağam”.
7NEWS.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov RTVİ-yə müsahibəsində aparıcı Nina Kandelakinin "Osmanlı İmperatorluğunun yeni versiyası” ilə bağlı fikirlərini şərh edərkən deyib.
Peskov Türkiyənin yeni Osmanlı İmperatorluğu yaratmağa çalışdığını düşünmədiyini bildirib.
Kreml sözçüsü bildirib ki, türk dünyasının mənəvi birliyi ideyası Türkiyədə çox populyardır və əslində tarixi türk dünyasının mədəni ortaqlığı kimi bir şey var.
Peskovun sözlərinə görə, Orta Asiya dövlətləri, hətta Rusiya dövlətinin tərkibindəki başqırdlar və tatarların türklərlə ortaq tarixi var.
"Bu, dil, tarixi, mədəni və ənənəvi birlikdir. Yeri gəlmişkən, bunda qorxulu heç nə görmürəm. Və Türkiyədə mədəni qohumluğu, birliyi daha çox şeyə çevirmək istəyən millətçi qüvvələr olsa da, və onlar "Böyük Turan” ideyasını israrla davam etdirsələr də, o qədər də çox deyillər və çoxluq təşkil etmirlər”- o qeyd edib.
Kremlin sözçüsü onu da bildirib ki, söhbət Osmanlı İmperiyasından yox, "Böyük Turan”dan gedir, hər yerdə millətçilərin olduğunu və indiki hakimiyyətin belə qüvvələri cilovladığını xatırladır.








