RU
Krımda kollecdə ölənlərin sayı 20-yə çatdı - Yenilənib
13:30
397

Krımda kollecdə ölənlərin sayı 20-yə çatdı - Yenilənib

İşğal altındakı Krımın Kerç şəhərində politexnik kollecdə partlayış baş verib. Nəticədə 10 nəfər ölüb, 50-yə yaxın şəxs yaralanıb. 

İlkin məlumata görə, insident məişət qazının partlaması nəticəsində baş verib. 

Hadisə yerinə beş təcili yardım briqadası və yaxın yaşayış məntəqələrindən bir neçə tibbi briqada göndərilib. 

***

Krımın Milli Antiterror Komitəsi texnikumdakı partlayışa müəyyən edilməyən partlayıcı qurğunun səbəb olduğunu açıqlayıb. Texnikumda təhsil alan tələbələrdən birinin sözlərinə görə, bir neçə partlayış olub və daha sonra atəş səsləri eşidilib.

***

Rusiya İstintaq Komitəsi baş verənləri terror aktı kimi dəyərləndirib. Bununla əlaqədar, üçgünlük matəm elan olunub. 

***

Rusiyanın ilhaq etdiyi Krımın rəhbəri Sergey Aksenov bildirib ki, Kerçidə kollecdə partlayış qurbanlarının sayı 18-ə yüksəlib, yaralı sayı 40-dan çoxdur. Onun sözlərinə görə, hücumun təşkilatçısı 22 yaşlı dördüncü kurs tələbəsi olub. Partlayışı törətdikdən sonra gənc özünü öldürüb. 

***

Rusiya İstintaq Komitəsi olayın terror aktı olması ilə bağlı daha əvvəl açılan cinayət işində dəyişiklik edib. Belə ki, cəsədlərə baxış zamanı onların odlu silahdan açılan atəşlə qətlə yetirildiyi məlum olub. 

***

Krımın Kerç şəhərində politexnik kollecdə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı artaraq 19 nəfərə çatıb. Yaralıların sayının isə 47 nəfər olduğu bildirilir.

***

"Gazeta.ru" xəbər verir ki, ölənlərin sayı 20-yə çatıb. Onlardan 15-i tələbə, 5-i isə kollec işçisi olub.

 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ