7NEWS.az xəbər verir ki, Krımın Sevastopol şəhərində Moskva Qara Dəniz Donanmasının yüksək rütbəli dəniz komandiri Valeri Trankovskiyə qarşı sui-qəsd edilib. Ukrayna təhlükəsizlik qüvvələri "müharibə cinayətkarı” adlandırdıqları Trankovskinin avtomobilini partlatdıqlarını açıqlayıb. Rusiya sui-qəsdi təsdiqləyərək "terror aktı törədildiyini” bildirib.








