RU
Körpəsini pəncərədən tullayan qadının yazdığı mesaj dəhşətə gətirir - FOTO
14:06
576

Körpəsini pəncərədən tullayan qadının yazdığı mesaj dəhşətə gətirir - FOTO

Amerikanın Nebraska ştatında 16 yaşında ana olan Antoniya Lopez vaxtından əvvəl gizli doğduğu qızını pəncərədən tullayıb. O, cinayət törətdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib. 

7News.az Britaniya mediasına istinadla bildirir ki, Antoniyanın qızını pəncərədən atmazdan öncə sevgilisinə yazdığı mesaj tapılıb. Mesajda 16 yaşlı qızın laqeydliyi qan dondurub. Belə ki, o, uşağı pəncərədən atdıqdan sonra sevgilisinə yazıb: "Yeri gəlmişkən, bu da qız idi".

O, ifadəsində özünə haqq qazandırmağa çalışarkən deyib:

"Səhər ağrı ilə oyandım. Gördüm ki, yatağım qan olub. Düşündüm ki, heyzliyəm. Sonra gördüm ki, yox. Daha sonra sevgilimə mesaj yazdım ki, ağrıdan ölürəm. İstəyirəm ki, ağrı dayansın".

 

Ona yazdığım sonuncu mesajım isə "yeri gəlmişkən, qız idi" olub.

O, psixoloji müalicə almaq üçün xəstəxanaya göndərilib.

7News.az 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ