RU
Kruiz gəmisində faciə: 21 nəfər həlak oldu
11:50
189

Kruiz gəmisində faciə: 21 nəfər həlak oldu

Banqladeşin paytaxtı Dakadan təxminən 109 kilometr şərqdə, Brahmanbaria bölgəsində kruiz gəmisi qayıqla toqquşub.

Yerli səlahiyyətlilər göyərtədə 100 -dən çox insanın olduğunu və gəmidə qumdaşındığını, hadisədə 9 qadın və 2 uşaq olmaqla ümumilikdə 21 nəfərin həyatını itirdiyini bildirib.

İnsan tələfatının artmasından narahat olduqlarını dilə gətirən səlahiyyətlilər 50 -dən çox adamın itkin düşdüyünü qeyd edib. Xilasetmə briqadasının sözçüsü Taufiqul İslam  dalğıcların bölgədə insanları axtarmağa davam etdiyini söyləyib.

Digər tərəfdən, aprel və may aylarında Banqladeşdə 2 fərqli gəmi qəzasında 64 nəfər həyatını itirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ