Banqladeşin paytaxtı Dakadan təxminən 109 kilometr şərqdə, Brahmanbaria bölgəsində kruiz gəmisi qayıqla toqquşub.
Yerli səlahiyyətlilər göyərtədə 100 -dən çox insanın olduğunu və gəmidə qumdaşındığını, hadisədə 9 qadın və 2 uşaq olmaqla ümumilikdə 21 nəfərin həyatını itirdiyini bildirib.
İnsan tələfatının artmasından narahat olduqlarını dilə gətirən səlahiyyətlilər 50 -dən çox adamın itkin düşdüyünü qeyd edib. Xilasetmə briqadasının sözçüsü Taufiqul İslam dalğıcların bölgədə insanları axtarmağa davam etdiyini söyləyib.
Digər tərəfdən, aprel və may aylarında Banqladeşdə 2 fərqli gəmi qəzasında 64 nəfər həyatını itirib.








