RU
Kuba prezidenti ilk dəfə Türkiyəyə səfər edəcək
15:25
47

Kuba prezidenti ilk dəfə Türkiyəyə səfər edəcək


Kuba prezidenti Diaz Canel rəsmi səfər çərçivəsində Türkiyəyə gedəcək. Kubanın Ankaradakı səfirliyi 27 ildən sonra ilk dəfə reallaşacaq yüksək səviyyəli səfəri "Kuba prezidenti Migel Diaz Canel türkiyəli həmkarı Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək” sözləri ilə açıqlayıb.

7NEWS.az xəbər verir ki, Kuba Prezidenti Migel Diaz Canel rəsmi səfər etmək üçün Əlcəzair, Rusiya, Türkiyə və Çinə səfərinə başlayıb. Kuba Prezidenti Migel Diaz Canel rəsmi səfər çərçivəsində bu gün Əlcəzairə gedib. Əlcəzairdən sonra Rusiyaya gedəcək Migel Diaz Canelin üçüncü dayanacağı Türkiyə olacaq. Kubanın Ankaradakı səfirliyi sosial media hesabında 27 ildə ada ölkəsindən Türkiyəyə ilk prezident səfərini açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ