RU
Kubaya gedən Türkiyə təyyarəsi ABŞ-da təcili eniş etdi
23:00
371

Kubaya gedən Türkiyə təyyarəsi ABŞ-da təcili eniş etdi

Kubanın paytaxtı Havanaya uçan Türkiyə Hava Yollarına (THY) məxsus "A330-200” tipli sərnişin təyyarəsi texniki nasazlığa görə ABŞ-da məcburi eniş etməli olub.

7news.Az "Hurriyet”ə istinadən verdiyi məlumata görə, göyərtəsində 175 sərnişinin olduğu təyyarə Türkiyə saatı ilə 15:30-da Vaşinqton Dulles hava limanında enib.

Təyyarədə İstanbul Ticarət Otağının (İTO) rəhbəri İbrahim Çağlarla onun heyəti də olub.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ