RU
Külli miqdarda narkotik dövriyyəsinə görə tutulan şəxs bəraət alıb
21:30
597

Külli miqdarda narkotik dövriyyəsinə görə tutulan şəxs bəraət alıb

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Rasim Heydərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm elan olunub.
Hakim Cavid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxsə verilən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi, Rasim Heydərovun günahsız olduğu qənaətinə gəlib.

Hökmə əsasən, Rasim Heydərova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Rasim Heydərov Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik dövriyyəsi) maddəsi ilə ittiham olunurdu./apa
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ