RU
Kürdə faciə
14:30
365

Kürdə faciə

Kür çayında çimən 48 yaşlı kişi xəsarət alıb.

Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü Həsənov Rövşən Sarıbala oğlu dostları ilə Kür çayında çimərkən suya tullanan zaman ciddi xəsarətlər alıb.

R.Həsənov qapalı onurğa beyni travması və 7-ci boyun fəqərəsinin sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.

Hadisədən sonra onun ayaqlarının iflic olduğu bildirilir./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ