Kürdəmirdə mikroavtobus traktorla toqquşub, xəsarət alanlar var.
Hadisə Qarabucaq kəndinin yaxınlığın qeydə alınıb.
Belə ki, "Ford" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək hərəkətdə olan qoşqulu traktora çırpılıb.
Nəticədə "Ford"un sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az







