RU
Kürdəmirdə piyadanı vurub qaçmaq istəyən sürücü saxlanılıb
23:47
322

Kürdəmirdə piyadanı vurub qaçmaq istəyən sürücü saxlanılıb

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan ”QAZel”markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Ağabalıyev Hacı Adil oğlunu vurub. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. "QAZel”in sürücüsü hadisə yerindən yayınmaq istəsə də onun niyyəti baş tutmayıb. YPX-nin əməkdaşları onu saxlayaraq, məsuliyyətə cəlb ediblər.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ