RU
Kürdəmirdə yolu keçən 67 yaşlı kişini avtomobil vurub
00:00
1440

Kürdəmirdə yolu keçən 67 yaşlı kişini avtomobil vurub

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Babək prospektində qeydə alınıb.

Belə ki, "VAZ 2107” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1954-cü il təvəllüdlü Şirəliyev Sərdar Eybalı oğlunu vurub.

Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ