RU
Kuryeri döyən Melkumyana cinayət işi açıldı
00:00
1360

Kuryeri döyən Melkumyana cinayət işi açıldı

Moskvada sərbəst güləş üzrə məşqçi Arsen Melkumyan sifariş etdiyi pizzanın pulunu ödəmək istəməyib və kuryeri döyüb.

Bu barədə teleqram kanalları məlumat yayıb. 24 yaşlı məşqçi sifarişini qəbul etdikdən sonra kuryerin üzünə vurub. Bundan sonra isə mənzilinə çəkilib. Döyülən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. Polis Melkumyanı saxlayıb.

Məlum olub ki, onun xırda xuliqanlıq və polis əməkdaşının qanuni əmrinə tabe olmamaq kimi bir neçə inzibati xətaları var. Melkumyana qarşı "soyğunçuluq” maddəsi üzrə cinayət işi açılıb./qafqazinfo

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ