Küveyti güclü qum fırtınası cənginə alıb.
7News.Az unikal.org-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində magistral yolda tıxaclar, qəzalar yaranıb. Belə ki, ölkədə limanların işi müvəqqəti dayandırılıb.
Tənəffüs yolu xəstəlikləri olan insanlara fırtına keçənə qədər çölə çıxmamaları tövsiyə edilib.








