Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus 6 müxtəlif təyinatlı avtomobilin sərbəst keçidi baş tutub.
Bir qədər əvvəl RSK-nə məxsus 6 avtomobil Xankəndidən Laçına maneəsiz keçid edib.
Avtomobillərin aksiya keçirilən yerdən sərbəst hərəkətinə şərait yaradılıb./apa
7NEWS.Az








