Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Rusiya sülhməramlı kontingentinə məxsus avtomobil Xankəndidən Laçın istiqamətinə keçib.
Avtomobilin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobilin keçidi üçün dəhliz açıb./apa
7NEWS.Az








