RU
Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb
10:50
29

Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zerti kəndi ərazisində tapılan 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ