RU
Laçınlı igidi hər kəs tanısın - FOTOLAR
15:54
519

Laçınlı igidi hər kəs tanısın - FOTOLAR

7NEWS.az xəbər verir ki, Laçın rayonundan olan 1996-cı il təvəllüdlü Mustafayev Yusif Abbasəli oğlu Cəbhənin Ağdam‚ Füzuli‚ Qubadlı və Xocavənd istiqamətlərində könüllü olaraq vuruşub.  
Ailəlidir‚ 1 övladı var. Döyüş başlayan zaman ailəsini və övladını qoyub‚  könüllü olaraq döyüşə gedib. İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb və yaralı halda döyüşə davam edib. Hal hazırda ağır yaralıdır. Cəmiyyətimizdə vətəni sevən bu cür gənclər və övladlarımız olduqca‚ ölkəmiz güclü olacaq. Belə vətən övladlarının varlığı qerurvericidi‚ Dövlətimizin güclənməsi deməkdir. Məhz qəhrəman xalqımızın bu cür vətənpərvər‚ vətəni və xalqı sevən övladlarının qəhrəmanlığı və göstərdikləri igidlikləri sayəsində düşmən tapdağında olan torpaqlarımız öz azadlığına qovuşdu. Belə igid əsgərlərimizlə daim fəxr etməliyik. Hər zaman onları uca tutmalıyıq.





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ