RU
Latviya Rusiya ilə sərhəddə hasar inşa edib
12:17
499

Latviya Rusiya ilə sərhəddə hasar inşa edib

Latviya ölkəyə qanunsuz girişin qarşısını almaq üçün Rusiya ilə sərhəddə uzunluğu 23 kilometr olan hasar inşa edib.

Bu barədə Latviyanın Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Yevgeniya Poznyak məlumat verib.

"Hasarın tikintisi üzrə işlər 2015-ci ildə başlanıb və bunun 2019-cu ilədək yekunlaşdırılması planlaşdırılır. Hazırda sərhəd boyu 65 km. uzunluğunda zolaq təchiz edilib, həmçinin 23 km. uzunluğunda hasar quraşdırılıb”, – deyə o əlavə edib.

Poznyak, həmçinin qeyd edib ki, 2017-ci ildə sərhədlərin qaydaya salınması üçün 6,3 mln. avro ayrılıb. Vəsait minimal hündürlüyü 2,7 metr olacaq 60 km-lik hasarın tikintisinə və 150 km. uzunluğunda olan sərhəd zolağının təchizatına gedəcək.

Ümumilikdə 276 km-lik Rusiya-Latviya sərhədində təbii maneənin olmadığı sahələr (193 km) hasarlanacaq./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ