Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, ABŞ xüsusi xidmətləri Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakın telefon danışıqlarını dinləyirlər.
7news.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
"Trampın bir neçə həftə milli təhlükəsizlik üzrə müşaviri olmuş general Filinnin ətrafında yaranan qalmaqal ilə əlaqədar xüsusi xidmətlərin nümayəndələri jurnalistlərə anonim də olsa rəsmi olaraq, səfirimiz Kislyakovun danışıqlarının dinlənildiyini bildiriblər. Onun Moskvaya Vaşinqtonda gördüyü işlər barədə məruzələri də dinlənilirdi”, - Lavrov deyib.
Keçən həftə Filinn postunu tərk edib və Ağ Evə Vaşinqtonda Rusiya səfiri ilə əlaqəsinə dair tam informasiya vermədiyini etiraf edib. Buna qədər KİV Filinnin 2016-cı ildə dekabrda Kislyak ilə Rusiya əleyhinə sanksiyaları müzakirə etdiyinə dair məlumat yaymışdı, amma Trampın komandasının nümayəndələri, eləcə də müşavirin özü də bunu təkzib edirdi. Kremldə Filinnin Kislyak ilə danışdığı, lakin onların danışıqlarının düzgün təqdim edilmədiyi bildirilir.
7news.Az








