RU
Lavrovla Kerri arasında telefon danışığı
23:36
377

Lavrovla Kerri arasında telefon danışığı

Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

7news.Az xəbər verir ki, Rusiya XİN-nin rəsmi saytında yerləşdirilən məlumata görə, tərəflər İsrail-Fələstin arasındakı vəziyyəti, eləcə də Liviya və Yəməndəki situasiyanı müzakirə ediblər.

Lavrovla Kerri həmçinin, dekabrın 20-də Moskvada Rusiya, Türkiyə və İran XİN rəhbərləri və müdafiə nazirləri arasında Suriyaya dair keçirilən görüşdən də danışıblar.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ