RU
Lavrovla Qrandinin Moskvada görüşü olacaq
22:40
1948

Lavrovla Qrandinin Moskvada görüşü olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 28-də Moskvada BMT-nin qaçqınların işləri üzrə Baş komissarı Filippo Qrandi ilə görüşəcək.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

O  bildirib ki, görüş zamanı BMT QAK-ın qaçqın və məcburi köçkünlərin Qarabağa qayıtması prosesinə qoşulması məsələsi, pandemiya dövründə qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaşlığı olmayan şəxslərin müdafiəsi məsələləri müzakirə olunacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ