Rusiya xarici işlər naziri Sergey Lavrovun Suriyada türk əsgərlərinin vurulması ilə bağlı sözləri səhv tərcümə olunub.
7News.az xəbər verir ki, Türkiyə mediası Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən S. Lavrovun "Türk əsgərlərini Suriya ordusu vurdu” deyə bildirdiyi haqda məlumat yaymışdı.
Lakin Türkiyə XİN-dəki mənbələr Lavrovun belə demədiyini, sadəcə olaraq, "Suriyada türk əsgərlərinin vurulması ilə Rusiyanın heç bir əlaqəsi yoxdur” deyə qeyd etdiyini açıqlayıblar.
Lavrov belə deyib: "Əl-Bab hücumunu (türk əsgərlərinə hücum-red) nə Rusiya, nə də Suriya edib”.
7News.az








