ABŞ-ın dəstək verdiyi PKK-nın Suriya qanadı sayılan Xalq Qoruma Birlikləri (YPG) terrorçuları Rakka şəhərində İŞİD-ə qarşı yeni döyüşlərə başlayıb.
YPG döyüşçüləri İŞİD-in özünə "paytaxt” elan etdiyi Rakka şəhərini tam azad etmək üçün hərbi əməliyyatlara başladıqlarını bəyan ediblər.
Döyüşlərə NATO-nun da dəstək verdiyi deyilir. Hətta, YPG döyüşçülərinin zirehli hərbi texnikalardan istifadə etdiyi əks etdirən görüntülər yayılıb. YPG döyüşçüləri arasında ingilis hərbiçilərin də olduğu görünür./publika.az
7news.Az










