RU
Öldürülən şəxs Taliban lideridir
10:36
1400

Öldürülən şəxs Taliban lideridir

Taliban qruplaşmasının lideri Molla Mənsurun Amerika Birləşmiş Ştatları hərbçiləri tərəfindən öldürülməsi xəbəri nəhayət, öz təsdiqini tapıb.

7News.Az bildirir ki, faktı araşdıran Əfqanıstanın kəşfiyyat xidməti Pakistan ərazisinə endirilən hava zərbəsi zamanı ölənlər arasında qruplaşma liderinin də olduğunu təsdiqləyib. Prezident administrasiyasının rəsmisi Abdulla Abdulla və Müdafiə Nazirliyinin nümayəndəsi Dövlət Vəziri də Molla Mənsurun öldürüldüyünü bəyan edib. Pakistan rəsmiləri isə bu ölkəyə məxsus əraziyə icazəsiz hava zərbəsi endirməyin beynəlxalq hüquqa zidd olduğunu irəli sürüb. Üstəlik, rəsmi İslamabad Bəlucistan vilayətində qətlə yetirilən şəxsin Molla Mənsur olub-olmadığının dəqiqləşmədiyini vurğulayır.

Qeyd edək ki, pilotsuz təyyarə ilə vurulan avtomobildə dünyasını dəyişən sərnişinin üzərindən Vəli Məhəmməd adlı şəxsə məxsus pasport çıxıb. Kəşfiyyat məlumatlarına əsasən, Molla Mənsur həmin saxta pasportla İrandan gəlirmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ