ABŞ-ın Massaçusets ştatında cinayətkar iki nəfəri bıçaqlayaraq öldürüb, daha iki nəfəri isə yaralayıb.
7News.az “Sky News”-a istinadən xəbər verir ki, həmin şəxs hadisə yerində olan polis tərəfindən güllələnib.
Hadisə Boston şəhərindən 30 kilometr cənubda yerləşən Tonton şəhərində baş verib. Cinayətkar öncə evinin yaxınlığında gəzən iki nəfəri bıçaqlayıb, daha sonra öz avtomobili ilə “Silver City Galleria” ticarət mərkəzinin binasına çırpılıb və iki nəfəri yaralayıb.
Cinayətkar polis tərəfindən zərərsizləşdirilib. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat bilinmir.








