RU
Lənkəran-Lerik yolunda hərəkət qismət bərpa edildi – YENİLƏNİB
10:17
478

Lənkəran-Lerik yolunda hərəkət qismət bərpa edildi – YENİLƏNİB

Sürüşmə nəticəsində bağlanan Lənkəran-Lerik yolunda avtomobillərin hərəkəti qismət bərpa edilib.

7news.Az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, yolun bağlanmasına səbəb olan torpaq qatının bir hissəsinin təmizlənməsindən sonra avtomobillər yolda hərəkət etməyə başlayıb.

---

Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb.

7news.Az-ın APA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, torpaq qatının tökülməsi yolun tamamilə bağlanmasına səbəb olub.

Hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb. Hazırda yolun 17 km-dən 52-ci kilometrinədək olan hissəsində ciddi problem yaranıb.

Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə  Yol-İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib. Hazırda yola dağılan iri ağaclar hissələrə bölünərək yığışdırılır, torpaq qatı təmizlənir.

 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ