RU
Lənkəranda ana və oğlunu bıçaqlayan şəxsin məhkəməsi başlayır
21:40
530

Lənkəranda ana və oğlunu bıçaqlayan şəxsin məhkəməsi başlayır

Lənkəranda ana və oğlunu bıçaqlamaqda təqsirli bilinən Firqət Ağazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

7NEWS.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Hüseynovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası noyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Separadi kəndində yerləşən fermalardan birində baş verib.
Rayonun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermaya gələrək həyətdə gizlənib. Bir müddətdən sonra F.Ağazadəni Valeh Məmmədovun anası 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədova görüb.

Bu zaman F.Ağazadə özü ilə gətirdiyi bıçaqla C.Məmmədovanın üz və kürək nahiyəsinə 2 dəfə bıçaqla zərbə endirib. Anasının səsinə gələn Valeh Məmmədov da Firqət Ağazadənin hücumuna məruz qalıb və bıçaq xəsarətləri alıb. Sonra Firqət Ağazadə özünə bıçaqla xəsarət yetirib.

Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valeh Məmmədovun vəziyyəti ağır olduğundan əməliyyat alınıb. Firqət Məmmədov isə tibbi yardım edildikdən sonra polis şöbəsinə təhvil verilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ