RU
Lənkəranda bir qrup şəxs evə basqın edib
18:20
1024

Lənkəranda bir qrup şəxs evə basqın edib

İstintaq üçün zəruri olan barmaq izləri götürülüb.

Bu gün Lənkəranda evə basqın olub.

Hadisə saat 12 radələrində qeydə alınıb.

Biri qadın olmaqla, 3 naməlum şəxs şəhərin Vaqif Məmmədov küçəsi, 26 ünvanında yerləşən evə daxil olub. Həmin şəxslər evdə olan 1997-ci il təvəllüdlü Ülviyyə Eyvaz qızı Ağayevaya iynə vurublar və Ü. Ağayeva huşunu itirib. Daha sonra onlar evdəki qızıl-zinət əşyalarını aparıblar.

Ü. Ağayeva xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə gəlib, istintaq üçün zəruri olan barmaq izləri götürülüb. 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisəni törətmiş şəxslərin tapılması üçün tədbirlər görülür./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ