RU
Lənkərənda yol qəzası - Sürücünün vəziyyəti ağırdır
12:23
1253

Lənkərənda yol qəzası - Sürücünün vəziyyəti ağırdır

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
 
7News.Az Region TV-yə istinadən xəbər verir ki, bu gün  səhər saatlarında rayonunun Sütəmurdov kəndi ərazisində Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Nazim oğlu Səfərlinin idarə etdiyi “Chevrolet” markalı, 42 BV 078 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Güclü zərbədən qapalı kəllə-beyin travması və digər bədən xəsarətləri alan sürücü dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
 
Həkim nəzarəti altına götürülmüş Elvin Səfərliyə müvafiq tibbi yardım göstərilib, vəziyyəti ağırdır. Hazırda faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ