RU
Ölənlərin sayı 40-a çatdı
10:48
1609

Ölənlərin sayı 40-a çatdı

Yəmənin Mukalla şəhərində polis məntəqəsi yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 40-a çatıb.

7News.Az xarici mediaya istinadən bildirir ki, təhlükəsizlik əməkdaşlarının qeydiyyata yazılması zamanı həyata keçirilən hücumda daha 40 nəfər yaralanıb. Onların bir çoxunun vəziyyəti ağırdır.

Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. Terrorçular Yəməndə bu tip hücumların davam etdiriləcəyini bəyan ediblər. Məlumat üçün bildirək ki, sözügedən şəhər “Əl-Qaidə” terror təşkilatı və İŞİD-in ən fəal olduğu ərazilərdən biridir. Ordu ilə Husi silahlıları arasında davam edən silahlı qarşıdurma fonunda sözügedən qruplaşmalar bu ərazilərdə xeyli möhkəmləniblər. Onlara qarşı effektli mübarizə mümkünsüz hala gəlib.

Xəyalə Məmmədova

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ