RU
lombard
Lerikdə ağacları kəsən şəxs cəzalandırılıb
21:30
780

Lerikdə ağacları kəsən şəxs cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdiyi nəzarət tədbirləri zamanı Lerik rayonu Siyov bələdiyyəsinin mülkiyyətinə aid ərazidə 6 ağacın kəsildiyi müəyyən edib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov 7NEWS.Az-a bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Elşad Şəfiyev tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lerik Rayon Prokurorluğuna göndərilib.

 
 7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ