Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də keçirilən seçkilərin ölkəsinə daha çox dəstək gətirəcəyinə ümid etdiyini bildirib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın ZDF telekanalına müsahibəsində danışan Zelenski qeyd edib ki, ABŞ Konqresinin Ukraynaya Avropa kimi güclü maliyyə və hərbi dəstək göstərməsi Rusiya Prezidenti Vladimir Putinə təsir edə bilər.
Onun sözlərinə görə, dəstəyin artması Putini müharibəni davam etdirməyin mənası barədə düşünməyə vadar edə və mümkün sülh danışıqlarına yol aça bilər.
Zelenski, həmçinin amerikalı milyarder İlon Maskın siyasi təsir imkanlarının həddindən artıq genişlənməsini təhlükəli hesab etdiyini bildirib. O, ayrı-ayrı varlı şəxslərin başqa ölkələrin siyasi seçimlərinə təsir göstərməsinin yolverilməz olduğunu vurğulayıb.








