Lerikdə yük maşını dərəyə aşıb.
Hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb. Astara sakini 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.
Faktla bağlı araşdırma aparılır.








