RU
LƏYAQƏTLƏ YAZILAN ÖMÜR - Əminə YUSİFQIZI yazır
21:47
1068

LƏYAQƏTLƏ YAZILAN ÖMÜR - Əminə YUSİFQIZI yazır

Qabiliyyət insanı zirvəyə daşıya bilər. Amma zirvədə qalmasını  saxlayacaq mühüm bir amil var: -Onun xarakteri.

Bu gün mən güclü xarakterə malik bir insan haqqında fikirlərimi sizinlə bölüşmək istədim. 49 saylı Yevlax-Mingəçevir Seçki Dairə- sindən deputatlığa namizədliyi qeydə alınmış Əli Hüseynli barədə.  Kiçik bir arayış verim ki, Əli Məhəmməd oğlu Hüseynli 1968- ci ildə Bakı şəhərində anadan olub. Rusiyada Kalinin Dövlət Universitetinin və Bakı Dövlət Universitetinin hüquq fakültələrinin məzunudur. Hüquq elmləri doktorudur. 2003-cü ildən bəri Milli Məclisin hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədridir. Ailəlidir, iki övladı var.

Əli Hüseynli haqqında yazmağıma əsas səbəb ona olan hörmətimdən qaynaqlanır. O, həm şəxsiyyət kimi, həm millət vəkili kimi, həm də bir siyasətçi kimi yüksək səviyyəli bir insandır.  Dövlətini, millətini, vətənini sevərək  ölkə daxilində və xaricdə Azərbaycanın maraqlarına xidmət edərək  hər zaman öz sözünü deməyi bacaran bir siyasətçidir. Bilirsiniz, elə insanlar var ki, təmasda olub-olmamağımızdan asılı olmayaraq onları görəndə yalnız bir şey fikirləşirsən: işıqlı, nurlu adam. Belə insanların  aurası ətrafa işıq saçır. Əli Hüseynli məhz belələrindəndir. Sədaqətli, vicdanlı, ən əsası sadə bir insan olan Əli Hüseynli ona olan inamı, güvəni heç vaxt yanıltmayıb. 

Bundan sonra da yanıltmayacağına əminəm. Çünki sözlə işin vəhdəti nüfuzun mühüm amilidir. Kiçik bir səhv, ötəri bir laqeydlik, insan həyatına cüzi biqanəlik bəsdir ki, hörmətin alt-üst olsun. Həm şəxsi insani keyfiyyətləri, həm də dövləti təmsil edən  biri kimi yüksək pillədə dayanan Əli Hüseynli bunlardan tam xali bir insandır. Əli Hüseynlinin Milli Məclisdə, dövlət tədbirlərində, media və televiziyada çıxışlarını dinləyəndə düşünürəm ki, həyatın təzadlı dalğaları qoynuna düşmüş insan,  əzmkar səyi və müsbət şəxsi keyfiyyətləri sayəsində özünü xalqa sevdirə bilər. Çox təəssüflər olsun ki, bəzən bilərək və yaxud bilməyərəkdən layiq olmayan biriləri haqqında boğazdan yuxarı elə fikirləri  dinləməli oluruq ki, adam lap məəttəl qalır. Sən o adam haqqında çox danışa bilərsən. Amma xalq o adamı sevmirsə, bu təriflərin heç bir faydası yoxdur. Əsl, təmiz sevgi hisslərindən ən böyüyü xalq sevgisidir. Hansı ki, heç bir maddiyyat və zorla ala bilməzsən. Atalarımız gözəl deyib: Elin gözü tərəzidir. Əli Hüseynli xalq sevgisini şərəflə daşıyanlardandır. Çünki onun kimi mənəvi cəhətdən zəngin olan insanlar bir o qədər hörmət və ehtirama layiqdirlər. Bir insanın daxili hisslərinin zahiri təcəssümü onun şəxsiyyətini qismən də olsa müəyyənləşdirməyə imkan verir. İnsan öz ölçü və dəyərinin  qiymətini bilməsə, onun cəmiyyət içində hörməti olmaz. Əli Hüseynli elə bil öz ailəmizdən çıxmış, öz oğlumuzdur. Ən azından mən belə fikirləşirəm. Niyə, bilmirəm? Sadəliyimi? Təvazökarlığımı? Ləyaqətli davranışımı? Gəlin etiraf edək ki, bu gün özünü siyasətçi kimi təqdim edənlərin hamısında bu keyfiyyətlər olmur axı… Sadəlik heç vaxt insanı qiymətdən salmaz, əksinə, qiymətini qaldırar. Qədim DAO fəlsəfəsi: Dəniz, ona görə bütün çayların və göllərin hakimidir ki, onlardan aşağıda dayanır. Bəli, gözəl haldır ki, sərgilədiyi davranışa görə cəmiyyət içində hər kəsin öz qiyməti var. Bu gün cəmiyyət və dövlət Əli Hüseynliyə inanır. O yerdə ki inam var, deməli, o yerdə səmimiyyət, güvən var. Yolun şərəflidirsə, haqq sənin tərəfində olacaq. Bir şəxsin timsalında bir ailənin əksi, bir siyasətçinin timsalında bir dövlətin təəssüratı yaranır. Bu təəssüratın aynasında özünü aydın, təmiz görənlərdəndir  Əli Hüseynli.

O, müsahibələrinin birində deyir:

– Biz dövlət adamları vəzifə və səlahiyyətlərimizin icrası zamanı  maraqların toqquşmasına yol verməməli, şəxsi həyatımızın ictimaiyyət və mətbuat üçün  maraq kəsb etdiyini nəzərə almalıyıq.

Fikrimcə, Əli Hüseynlini  xalq məhz bu cəhətlərinə görə sevir və hörmət edir. Dəyərini, yerini, çəkisini gözlədiyi üçün. Məncə, hər şey aydındır. Vətəndaş onun kimi yaşayan və onun maraqlarını düşünən bir məmurun, bir millət vəkilinin onu təmsil etməsini istəyir. Seçici bu gün seçdiyi millət vəkilini, nazirini, hər hansı bir qurumun rəhbərini elit bir məqam, əlçatmaz olaraq görmək istəmir. Bir siyasətçi nə qədər bacarıqlı olsa da, özünü xalqdan, seçicisindən üstün tutduğu an vətəndaşın gözündən, könlündən düşər. Çox sevilən liderlərin ortaq nöqtəsi səmimi və təvazökar olması deyilmi? Məhz bu xüsusiyyətlər Əli Hüseynlidə olduğu üçün xalqın qəlbinə yol tapıb. Hər bir ömür bir tale dastanıdır,  deyirlər.  Bu dastanı yazan isə içimizdəki ən böyük hakim olan Vicdandır. Əli Hüseynli tale dastanını vicdanla, qürurla, ləyaqətlə,  bu dövlətə,  bu xalqa xidmət edərək yazır. Dahi Nizami demişkən:

Xidmət etmək sayılır kişilikdən nişana

Xalqına xidmət etmək bir şərəfdir insana.

Və yazıma, qədim Çin fəlsəfəsinin ən qüdrətli nümayəndəsi Lao Tszıya məxsus  fikirlərlə son vermək istəyirəm: "Kim adamları tanıyırsa-arifdir, özünü tanıyırsa- ağıllıdır, adamlara qalib gəlirsə- güclüdür, özünə qalib gəlirsə-qüdrətlidir, biliyi çoxsa-dövlətlidir, inadkardırsa-iradəsi var, təbiətini dəyişmirsə-uzunömürlüdür…”

Sizin də ömrünüz uzun olsun, Əli Hüseynli! Heç özüm də bilmədim niyə bu fikirlərdə Sizi gördüm…

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ