RU
Liderlər Şimali Koreyanın son raket sınağı üçün  toplaşır
18:02
14

Liderlər Şimali Koreyanın son raket sınağı üçün toplaşır

7NEWS.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının buraxılışdan sonra verdiyi açıqlamada, raketin Qitələrarası Ballistik Raket (ICBM) olduğu və yerli saat 10:15 radələrində Şimali Koreyanın paytaxtı Pxenyanın Sunan bölgəsindən atıldığı qeyd edilib. Raket 22 Mach sürətə çataraq 6 min 100 km hündürlüyə qalxıb və 1000 km məsafə qət edib. Yaponiya hökumətinin sözçüsü Hirokazu Matsuno bildirib ki, raket Hokkaydodakı Oşima-Oşima adasından təxminən 200 kilometr qərbdə dənizə düşüb. APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı) Sammiti çərçivəsində Taylandda Yaponiya, ABŞ, Cənubi Koreya, Avstraliya, Kanada və Yeni Zelandiya liderlərinin Pxenyandan qaynaqlanan təhlükəsizlik risklərini həll etmək üçün təcili toplantı keçirdikləri öyrənilib. ABŞ-ın vitse-prezidenti Kamala Harrisin çağırışı ilə keçirilən görüşdə Yaponiyanın baş naziri Fumio Kişida, Cənubi Koreyanın baş naziri Han Duk Su, Avstraliyanın baş naziri Entoni Albanese, Kanadanın baş naziri Castin Trüdo və Yeni Zelandiyanın baş naziri Casinda Ardern iştirak ediblər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ