RU
Lisenziyalar azaldıldı, müddətsiz oldu
10:17
870

Lisenziyalar azaldıldı, müddətsiz oldu

Lisenziya fəaliyyətinin tənzimlənməsi ilə bağlı ölkə Prezidenti bir neçə mühüm sənəd imzalayıb.

İlkin olaraq həmin sənədlərə görə lisenziyalaşdırma sahəsində aşağıdakı sadələşdirmələr və dəyişikliklər həyata keçirildiyini qeyd etmək istəyirəm:

- Lisenzasiyalaşdırılan fəaliyyətlərin sayı azaldıldı;
- Bütün lisenziyalar müddətsiz oldu;
- Artıq bütün lisenziyaları Sənaye və İqtisadiyyat Nazirliyi verəcək;
- Lisenziyaların verilməsi ASAN Xidmət və Elektron Lisenziya portalı vasitəsilə həyata keçiriləcək;
- Lisenziyaların tələblərinə əməl olunması sahəvi orqanlar vasitəsi ilə yalnız “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçiriləcək;
- Hazırda qüvvədə olan lisenziyaların hamısı müddətsiz hesab olunacaq;
- Lisenziyalara görə dövlət rüsumunun məbləğləri yarıbayarı azaldıldı;
- Özəl tibb fəaliyyəti, Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri, Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayı azaldılacaq;
- Lisenziya verilməsi ilə bağlı şərtlərin sadələşdirilməsi davam etdiriləcək.

Qəbul olunan sənədlərdən sonra lisenziyalaşdırılan fəaliyyətlərin sayı təxminən 1.5 dəfə azaldılıb. Ancaq Azərbaycanda rəy, şəhadətnamə razılıq və sair adı ilə verilən icazələrin sayı yüzlərlədir. Bu sənədlərin qəbuluna qədər Azərbaycanda 46 icazə, 1 ekspertiza təyinatı, 90 xüsusi razılıq (lisenziya), 27 xüsusi icazə, 1 təsdiqedici qeyd, 2 texniki talon, 3 texniki şərt, 1 texniki baxış aktı, 2 sərəncam, 39 şəhadətnamə, 13 sertifikat, 19 rəy, 3 rəsmiləşdirilmə, 2 razılıq, 4 razılaşdırma, 2 qeydiyyata alınma sənədi, 3 texniki pasport, 47 digər növ icazə sənədi olmaqla cəmi icazələrin sayı 305 idi. Son sənədlərin qəbulundan sonra onların sayı təxminən 20 civarında azalıb. Qəbul olunan sənədlərdən prosesin davam etdiriləcəyi gözlənilir.
Son sənədlərə qədər lisenziya verən dövlət orqanlarının sayı 20-dən çox idi. 10-dan çox dövlət orqanının hər biri 10-dan çox icazə verirdi. Artıq lisenziyanı Sənaye və İqtisadiyyat Nazirliyi verəcək, digər qurumlar isə lazım gələndə rəy verəcək./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ