RU
Litva Ukraynaya 114 transformator göndərib
19:50
168

Litva Ukraynaya 114 transformator göndərib

Litva son günlərdə Ukraynaya 6 yük maşını ilə 114 transformator göndərib.

7NEWS.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas tviter səhifəsində yazıb.

"Litva ümumilikdə Ukraynaya 252 transformator tədarük etmək niyyətindədir”, - nazir qeyd edib.

A.Anuşauskasın sözlərinə görə, Litvanın enerji şirkətləri Rusiyanın hücumlarından əziyyət çəkən Ukraynanın energetika sektorunun yenidən qurulması üçün artıq 3 milyon avro dəyərində yardım edib. Bugünlərdə isə daha 2 milyon avroluq yardım göndərmişdi.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ