Livanın cənubunda "Zahrani” neft anbarının ərazisində yanğın başlayıb.
"Qafqazinfo” "Al-Jadeed” telekanalına istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlərə başlanılıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.








