RU
Livandakı son vəziyyət: İsrail tankları Birləşmiş Millətlər Təşkilatının bazasına daxil olub
15:50
17

Livandakı son vəziyyət: İsrail tankları Birləşmiş Millətlər Təşkilatının bazasına daxil olub


7NEWS.az xəbər verir ki, BMT-nin Livan Müvəqqəti Sülh Qüvvələrinə hücumlar davam edir. Son 3 gündə 3 dəfə hücuma məruz qalan BMT Sülh Qüvvələri UNIFIL bu dəfə İsrail tanklarının hədəfi olub. UNIFIL İsrail tanklarının mövqenin əsas qapısını darmadağın edərək mövqeyə zorla daxil olduğunu açıqlayıb. 15 əsgərinin yüngül yaralandığını bildirən Sülh Qüvvələri pozuntuları "şok" adlandırıb və İsraildən izahat tələb edib. İsrailin baş naziri Benyamin Netanyahu "BMT Sülh Qüvvələrini döyüş bölgələrindən çıxarmağın vaxtıdır” deyib. İsrail ordusu yaralı əsgərləri çıxarmağa çalışan İsrail tankının BMT zonasına bir neçə metr daxil olmaq məcburiyyətində qaldığını və düşmən atəşinin dayanması ilə hadisə yerini tərk etdiyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ