Britaniya xarici işlər naziri Liz Trass və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
7NEWS.Az xəbər verir ki, bu barədə Britaniya xarici işlər naziri "Twitter"də bildirib.
"Ukraynanın xarici işlər naziri ilə Rusiyanın proksiləri tərəfindən saxlanılan hərbi əsirlərin azad edilməsi səylərini müzakirə etdim. Onlara qarşı çıxarılmış hökm Cenevrə konvensiyasının kobud şəkildə pozulmasıdır.
Böyük Britaniya Putinin amansız işğalına qarşı Ukraynanı dəstəkləməyə davam edir", - Britaniya XİN başçısı qeyd edib.
7NEWS.Az








