RU
Ölkə fəlakətdən qurtuldu - Hollandiyada qəfil həbslər - VİDEO - FOTO
14:40
319

Ölkə fəlakətdən qurtuldu - Hollandiyada qəfil həbslər - VİDEO - FOTO

Hollandiyada dünən 7 nəfər həbs olunub. Onlar ölkə ərazisində genişmiqyaslı terror aktları törətməyə hazırlaşmaqda suçlanırlar.

7News.Az European-a istinadən bildirmir ki, Arnem və Vert şəhərlərində xüsusi təyinatlı polis dəstələrinin cəlb olunması ilə keçirilmiş əməliyyat aprel ayından bəri davam edən izləmə və təhqiqatların sonucudur.

Qruplaşmanın lideri əslən İraqdan olan 34 yaşlı şəxsdir. O, Hollandiyada minlərlə insanın qatıldığı tədbirlərdən birində "canlı bomba" vasitəsilə qanlı terror aktı planlaşdırıb. Digər yerdə isə terrorçular partalıcı maddə ilə dolu avtomobili partlatmaq istəyiblər.

Qrupun ən azyaşlı mənsubu 21 yaşdadır. Polis qrup üzvlərinin yaşadıqları evlərdə axtarışlar aparıb, "şəhid qurşaq"ları və AK-47 avtomatları tapıb.

Terror aktlarına hazırlıq artıq son mərhələdə idi.

Qrupun üç üzvü Hollandiyanı tərk edərək İŞİD-ə qatılmaq istəyəndə tutulmuşdular.

 

Prokurorluqdan verilən məlumata görə, qrup üzvləri "Kalaşnikov" avtomatları, tapançalar, əl qumbaraları, habelə "şəhid qurşaq"ları və partlatmaq üçün avtomobilləri doldurmaq üçün partladıcı maddələr satın almağa çalışırdılar.

Bundan başqa, qrup üzvlərinin atıcılıq bacarıqlarını artırmaq üçün kiçikçaplı 5 tapança da alınmışdı.

Terrorçuların harada terakt gerçəkləşdirməyə hazırlaşdıqları açıqlanmayıb. Hazırda Hollandiyada 4-cü dərəcəli terror təhlükəsi elan olunub. Ölkədə, ümumiyyətlə, terror təhlükəsi 5 dərəcəlidir.

7News.Az

Ölkə fəlakətdən qurtuldu - Hollandiyada qəfil həbslər

Ölkə fəlakətdən qurtuldu - Hollandiyada qəfil həbslər - VİDEO - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ